Finalda Mançester derbisi olacaq
İngiltərə kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, sonuncu yarımfinal görüşündə “Mançester Yunayted” “Koventri Siti” ilə qarşılaşıb.
Matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 3:3. Penaltilər seriyasında daha dəqiq olan “Mançester Yunayted” finala yüksəlib.
Beləliklə, mayın 25-də keçiriləcək final görüşündə iki Mançester təmsilçisi qarşılaşacaq.
İngiltərə kuboku
Yarımfinal
20 aprel
Mançester Siti – Çelsi 1:0
Qol: B.Silva, 84.
21 aprel
Koventri Siti – Mançester Yunayted 3:3 (penaltilər 2:4)
Qollar: Simms, 71. Ohare, 79. Rayt, 90+5 – Maktominey, 23. Maquayr, 45+1. B.Fernandes, 58.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin