AFFA rəsmisi Avropa çempionatının oyununa təyinat alıb
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Komanda.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Lüksemburq – Albaniya oyununun UEFA nümayəndəsi olacaq.
C liqasının 5-ci qrupu çərçivəsində aprelin 5-də keçiriləcək qarşılaşma saat 21:30-da başlayacaq. Görüş Lüksemburqun Eş-sur-Alzet şəhərindəki “Emil Mayrix” stadionunda keçiriləcak.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin