Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Bakıda təlim-məşq toplanışı başlayıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmaya 24 oyunçu cəlb edilib.
Onların arasında Rusiya, Serbiya, İsveç və Almaniya klublarının üzvləri də var. Hazırlıq prosesi fevralın 16-dək davam edəcək.
Bakı toplanışından sonra Belarusun paytaxtı Minskdə təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək yekun heyət müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin