İsveçrə şirkəti AFFA-nın Departamentinin fəaliyyətinə qiymət verdi
İsveçrənin SGS şirkəti 2023-cü ildə AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Şirkət tərəfindən AFFA-ya ünvanlanmış məktubunda qeyd olunub ki, Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur və Klubların Lisenziyalaşdırılması Departamenti 2024/25-cü illər Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.
SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin