Panadero “Qarabağ”la vidalaşıb
İspaniyalı futbolçu Qaspar Panadero “Qarabağ”la vidalaşıb.
Komanda.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bu barədə bağlı sosial media hesabında paylaşım edib.
O, klub rəhbərliyinə və azarkeşlərə təşəkkürünü bildirib:
“Hörmətli komanda yoldaşlarım, məşqçilər heyəti, rəhbərlik və hər şeydən əvvəl inanılmaz “Qarabağ” azarkeşləri, vida vaxtı gəldi. Formanızı geyinmək mənim üçün şərəf idi. Kluba və komanda yoldaşlarıma təşəkkür edirəm. Azarkeşlərə isə dərin minnətdarlığımı bildirirəm. Müxtəlif şərtlərlə əlaqədar performans baxımından mənim üçün ən yaxşı dövr deyildi, çətin dönəmlər idi. Ən yaxşı oyunumu göstərmək istərdim, lakin bura uyğunlaşmaqda çətinlik çəkdim. Buna baxmayaraq, çalışqanlığım maksimum həddə idi. Daha çox şans əldə etməyə çalışdım, amma futbol bəzən belə işləyir. Həqiqətən də səviyyəmi nümayiş etdirmək istərdim. Gələcəkdə sizə ən yaxşısını arzulayıram. Hər şey üçün təşəkkür edirəm”.
“Qarabağ”a 2021-ci ilin yayında İspaniyanın “Kadis” klubundan keçən Qaspar Panadero Ağdam klubunun heyətində Premyer Liqada cəmi 4 oyuna çıxıb.
Bizi Facebook-da izləyin