“Sumqayıt”ın şikayəti təmin edilmədi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Zirə” klubu tərəfindən verilən şikayət qismət təmin edilib.
Premyer Liqanın 12-ci turunda “Sabah”la matçda qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza ilə üzləşən “qartallar”ın hücumçusu Vladislav Kulaçın diskvalifikasiya müddəti azaldılıb.
Ona bir matçlıq cəza verilib, digər üç qarşılaşma isə şərti kimi nəzərə alınıb. Ukraynalı forvarda üç aylıq sınaq müddəti təyin olunub.
Bundan əlavə, “Sumqayıt”ın şikayəti təmin edilməyib. “Neftçi” ilə 13-cü tur görüşündə etdiyi hərəkətə görə qırmızı alan “gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Samir Abasovun 3 oyunluq cəzası və klubun 1000 manat məbləğində cərimə edilməsi qüvvədə qalıb.
Bizi Facebook-da izləyin