Əli Şükürlü dünya birinciliyində 5-ci yeri tutdu
15-23 noyabr tarixlərində Meksikanın Qvadalaxara şəhərində keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi davam edir.
Komanda.az xəbər verir ki, 70-ə yaxın ölkədən 310 (171 kişi + 139 qadın) atletin iştirak etdiyi turnirə Azərbaycan yığma komandasının bir üzvü də qatılıb.
Ölkəmizi 109 kq çəki dərəcəsində Əli Şükürlü təmsil edib. Atletimiz toplam 360 kq (164+196) kq nəticə göstərərək 5-ci yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin