Bellingemin sürətinə heyran olduğu futbolçu

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem sahib olmaq istədiyi keyfiyyətlərdən söz açıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, heyran olduğu futbolçuların bacarıqlarından danışıb:

“Mən hər iki ayağımla yaxşı olmaq istərdim. Osman Dembele və hər iki cinahdan künc zərbələri vura bilən digər oyunçuları izləmək mənə çox xoşdur. Eyni zamanda, Kayl Uolkerin sürətinə heyranam. Düşünürəm ki, biz bu qədər sürətli olsaydıq, oyun daha asan və daha əyləncəli olardı”.

20 yaşlı yarımmüdafiəçi bu yay Dortmund “Borussiya”sından “Real”a keçib. O, bu mövsüm Madrid klubunun heyətində La Liqada 8 oyun keçirib, 8 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button