Nicat Abasovdan ilk partiyada heç-heçə

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/16 final mərhələsinin ilk oyunlarına start verilib.

Komanda.az xəbər verir ki, mötəbər yarışda mübarizəni davam etdirən yeganə şahmatçımız Nicat Abasov 1/16 finalda FIDE adından çıxış edən Pyotr Svidlerə rəqib olub.

Tərəflər debütdə vəzir qambiti seçiblər. Nicat Abasov növbəti gedişlərdə az rast gəlinən varianta üstünlük verib. Təmsilçimiz Pyotr Svidlerin oynadığı ağ fiqurların təşəbbüsü ələ almaq cəhdlərini asanlıqla neytrallaşdırıb. Yekunda partiya 37-ci gedişdə şahmatçıların heç-heçəyə razılaşması ilə başa çatıb.

Cavab görüşü sabah keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button