“Sports.az Awards”-ın qalibi açıqlandı
“Sports.az” saytı ETOPAZ-la birlikdə Azərbaycan futbol tarixində ilkə imza ataraq, bir neçə nominasiyada futbol mövsümünün ən yaxşılarını seçib.
Komanda.az xəbər verir ki, saytın təsis etdiyi və ETOPAZ-ın baş sponsoru olduğu “Sports.az Awards”-ın 2022/23 mövsümünə görə qalibləri bəllidir.
“Neftçi”nin və milli komandamızın kapitanı Emin Mahmudov “Qarabağ”ın forvardı Ramil Şeydayev və “Sabah”ın ukraynalı legioneri Aleksey Kaşuku cüzi fərqlə qabaqlayaraq, tarixdə ilk dəfə veriləcək “Mövsümün ən yaxşı futbolçusu” mükafatına sahib çıxıb.
Altı nominasiyadan yalnız birində sorğuda iştirak edənlərin hamısı yekdiliklə 1 nəfərə səs verib. Bu “Qarabağ”ın və mövsümün ən yaxşı baş məşqçisi Qurban Qurbanovdur.
“Sabah”ın və milli komandamızın gənc üzvü Yusif İmanov “Ən yaxşı qapıçı” seçilib.
“Ən yaxşı gənc futbolçu” nominasiyasında bu mövsüm ölkə çempionatında oyundan ən çox qol vuran Musa Qurbanlı daha çox səs toplayıb.
Əliyar Ağayev “Ən yaxşı hakim”, “Qarabağ”ın direktoru Emrah Çelikel “Ən yaxşı klub funksioneri” seçilib.
Qalibləri təbrik edir, daha böyük uğurlar arzulayırıq!
“Sports.az Awards” – 2022/23 futbol mövsümünün ən yaxşılarını mükatlandırma mərasimi mayın 30-u, saat 13.00-da Four Seasons otelinin ikinci mərtəbəsində yerləşən “Şur” zalında başlayacaq.
Bizi Facebook-da izləyin