“Milan”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Milan”, “Vilyarreal” və “Kolo-Kolo”nun keçmiş futbolçusu Matias Fernandes karyerasını bitirib.
Komanda.az xəbər verir ki, Buenos-Ayresdə anadan olan 36 yaşlı çilili futboldan getdiyini açıqlayıb.
Matias 2006-cı ildə Cənubi Amerikanın ən yaxşı futbolçusu olub. Uzun müddət milli komandaya dəvət alıb və 73 oyun keçirib, 14 qola imza atıb.
Yarımmüdafiəçi 2021-ci ildən Çilinin “Deportes La Serena” komandasında çıxış edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin