“Barselona” avrokuboklardan uzaqlaşdırıla bilər!

İspaniyanın texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlərdə mümkün korrupsiya ehtimalı ilə bağlı “Barselona” UEFA tərəfindən bir mövsümlük avrokuboklardan kənarlaşdırıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə “El Confidencial” məlumat yayıb.

Qurumun nizam-intizam əsasnaməsində qeyd olunduğu kimi, klublar həm milli, həm də beynəlxalq səviyyədə oyunların nəticələrinə təsir göstərmək üçün qeyri-qanuni üsullardan istifadə edə bilməzlər. Klublar qaydanı pozarsa, bir mövsüm, çox ciddi qayda pozuntularına görə üç il müddətinə avrokuboklardan kənarlaşdırıla bilər. Məsələ ilə bağlı qərar iyunda veriləcək.

Xatırladaq ki, “Barsa” Neqreyraya ödənişlərin konsaltinq xidmətlərinin icrasına görə edildiyini qeyd etmişdi. Bununla belə, ittihamçılar deyirlər ki, “Barselona” klubun hakimlərə ehtiyacını təmin etmək üçün keçmiş hakimə rüşvət verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button