“Qalatasaray”da ayrılıq
“Qalatasaray” qapıçısı İsmail Çipe ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, 28 yaşlı qolkiper 1-ci Liqa təmsilçisi “Boluspor”a transfer olunub.
“Qalatasaray”dan azad agent kimi ayrılan qapıçı yeni klubu ilə ilyarımlıq müqavilə bağlayıb.
İsmail 2010-cu ildən formasını geyindiyi “Qalatasaray”da əsas komandanın üzvünə çevrilə bilməyib. Belə ki, o, əsas komandada cəmi 17 oyun keçirib. Bu üzdən də o, icarə əsasında “Fatih Karagümrük”, “Kayserispor”, “Tuzlaspor” və “Şafakspor” kimi klublarda icarədə oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin