“Qalatasaray”dan yeni transfer
Türkiyədəki dəhşətli zəlzələdən ən çox ziyan görən klublardan olan və Super Liqada mübarizəni dayandıran “Hatayspor”da daha bir ayrılıq qeydə alınıb.
Komanda.az xəbər verir ki, sözügedən klubun sol cinah müdafiəçisi Samuel Adekuqbe “Qalatasaray”a keçib.
Kanada milli komandasının da üzvü olan futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə İstanbul təmsilçisinə keçib. “Qalatasaray” onun transfer hüquqlarını almaq üçün yayda “Hatayspor”a 1 milyon avro ödəməlidir.
Adekuqbe 2021-ci ildən formasını geyindiyi “Hatayspor”da 56 oyuna çıxıb. 28 yaşlı müdafiəçi karyerası ərzində “Valerenqa”, “Göteborq”, “Brayton” və “Vankuver” kimi klubların da formasını geyinib, Kanada yığmasında 37 oyuna 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin