“Mançester Yunayted” bunu 5 il sonra bacardı
Ötən axşam İngiltərə Premyer Liqasının 19-cu turunda “Bornmut”u (3:0) məğlub edən “Mançester Yunayted” qələbələri sıralayır.
Komanda.az xəbər verir ki, bütün turnirlərdə ardıcıl altıncı qələbəsini qazanan Erik ten Haqın komandası son 5 ilin ən böyük uğuruna imza atıb.
Mançester təmsilçisi sonuncu dəfə 2017-ci ildə Joze Mourinyonun rəhbərliyi altında oxşar seriyanı reallaşdırmışdı.
“Bornmut”a qollardan birini Markus Raşford vurub. O, ardıcıl dördüncü matçda rəqiblərin qapısına zərbə endirib. Bu isə onun karyerasında ilk olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin