Azərbaycan millisi Naimin xatirəsinə həsr olunan yarışa qatılacaq

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi noyabrın 15-də Türkiyənin paytaxtı Ankarada start götürəcək üçqat olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.

Azərbaycan Ağır Atletika Federasiyasından Komanda.az-a verilən məlumata görə, baş məşqçi Emil Əliyevin rəhbərliyi altında qadınlarda Nazilə İsmayılova (49 kq) və Rəhilə Hüseynzadə (76 kq), kişilərdə isə Tehran Məmmədov (67 kq), İsa Rüstəmov (73 kq) və Ömər Cavadov (81 kq) körpücük üzərinə çıxacaqlar.

Yarışda 20-yə yaxın ölkədən 100-dən çox atlet çıxış edəcək.

Turnirə noyabrın 17-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button