Ronaldo üçün MLS variantı

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo qarşıdakı transfer pəncərəsində komandanı tərk edə bilər.

37 yaşlı futbolçu komandadakı mövqeyindən narazıdır və vəziyyətin dəyişəcəyini gözləyir. Portuqaliyalının ətrafı hesab edir ki, o, daha sadə liqadan, məsələn, MLS-dən komanda seçməlidir. Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Ronaldo əsas komanda ilə məşqdən kənarlaşdırılıb və “Çelsi” ilə matçın iştirak ərizəsinə daxil edilməyib. Bu, Kriştianonun “Tottenhem”lə oyun (2:0) bitməmiş stadionu tərk etməsi ilə bağlı baş verib. Daha sonra o, sosial şəbəkədə üzr istəsə də, MY-nin 21 yaşlılardan ibarət komandası ilə məşq etmək məcburiyyətində qalıb və həmçinin, bir neçə yüz min funt-sterlinq cərimə ödəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button