Mbappenin anası: “Onun kişi olmaq üçün vaxtı olacaq”
PSJ-nin 23 yaşlı fransalı hücumçusu Kilian Mbappenin anası Faiza Lamari oğlu ilə fəxr etdiyini deyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər şeyin qarşıda olduğunu bildirib:
“O, dünya çempionu olanda, keçmiş idmançı kimi mən çox xoşbəxt idim. Amma ən çox onun çevrildiyi insanla fəxr edirəm. Hər şey hələ qabaqdadır. Onun kişi olmaq üçün vaxtı olacaq, amma bu gün, əlbəttə ki, mən onunla fəxr edirəm”.
Daha əvvəl Mbappenin PSJ rəhbərliyinin yerinə yetirilməmiş vədlərindən narazı olduğu üçün qış transfer pəncərəsində komandanı tərk etməkdə qərarlı olduğu bildirilirdi. Daha sonra Paris klubunun idman direktoru Luis Kampos bu məlumatı təkzib edib.
“Liverpul” və “Real” futbolçuya əsas namizədlərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin