A Seriyasında 67 il idi belə hal qeydə alınmırdı
Futbol üzrə İtaliya A Seriyasının 7-ci turu nəhənglərin məğlubiyyəti ilə əlamətdar oldu.
Komanda.az xəbər verir ki, “Yuventus”un səfərdə “Montsa”ya (0:1), “İnter” isə “Udineze”yə (1:3) uduzduğu turda, “Milan”la “Roma” da müvafiq olaraq “Napoli” (1:2) və “Atalanta” (0:1) ilə ev oyunlarından məğlub ayrıldı.
Ötən gün baş tutan bu oyunların nəticəsi 67 il sonra gələn bir ilki rəsmiləşdirib. Belə ki, İtaliyanın 4 böyük klubunun eyni gündə məğlub olmasına sonuncu dəfə məhz 67 il öncə rast gəlinmişdi. Bu, 1955-ci ilin 13 fevralında qeydə alınmışdı.
A Seriyasında 7 turdan sonra 17 xala malik “Napoli” və “Atalanta” zirvəyə şərikdirlər. “Udineze” 16 xalla üçüncü pillədə qərarlaşıb. “Latsio” və “Milan”ın 14, “Roma”nın 13, “İnter”in 12, “Yuventus”la “Torino”nun 10 xalı var.
Bizi Facebook-da izləyin