Azərbaycan çempionunda 2 yeni oyunçu
Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz-Naxçıvan” heyətini yeni oyunçularla gücləndirib.
Azərbaycan Futzal Federasiyasından Komanda.az-a verilən məlumata görə, baş məşqçi Joze Alesio Da Silvanın istəyi ilə ölkə çempionu ötən mövsümü “Neftçi” İK-da keçirən qapıçı Cavad Məmmədov və U-19-un yetirməsi Xəzər Ağalızadə ilə anlaşıb.
“Araz-Naxçıvan” Rövşən Hüseynli, eləcə də braziliyalı Mateus Katatau, Vitao və Viktor Uqo Piresa ilə də müqavilə imzalayıb. Komanda yeni mövsümün hazırlığına avqustun 10-da start verəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin