Peşmansanmı?

Kürşad email: [email protected]

Deyirlər, milli komandaya məşqçi axtarırsan, Elxan müəllim.

Onu da deyirlər ki, bu məşqçini elə-belə axtarmırsan ha, yaxın Şərqdən uzaq Qərbə kimi, qapı-qapı düşüb axtarırsan.

Qurban Qurbanovu qovduğun üçün peşmansanmı, Elxan müəllim? 

Deyirlər, özünə hörmət edən heç bir mütəxəssis sənin təklifini qəbul etmək istəmir.

Əlində bir torba pul ola, heç kim də sənin milli komandanda işləmək istəməyə. Zibili çıxıb dünyanın, zibili.

Qurban Qurbanovun başına açdığın oyun üçün peşmansanmı, Elxan müəllim?

Deyirdilər ki, sən milli komandanın 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə çıxmasını özünün ən mübah, ən şirin arzularından biri kimi görürsən.

Milli komandanı AÇ-2020-nin final mərhələsinə çıxarmaq yükünün altına niyə heç bir məşqçi girmək istəmir, Elxan müəllim?

Ya da boş ver, sən əsas bu sualı cavablandır e: Qurban Qurbanovla 6 illik anlaşıb, bir ildən sonra onu urvatsız şəkildə göndərdiyin üçün peşmansanmı?

Deyirlər, əcnəbilər Azərbaycan millisindən ilan vuran adam ala çatından qorxduğu kimi ona görə qorxurlar, hürkürlər ki, dünya reytinq sıralamasındakı yerimiz xəcalətlidir.

Hə, deyirlər ki, təklif göndərdiyiniz əcnəbi mütəxəssislər bir sənin AÇ-2020 arzuna baxır, sonra dönüb bir də reytinq sıralamasında 107-ci pilləyə pərçim olan Azərbaycan millisinə. Baxırlar və üzr istəyirəm, Elxan müəllim, deyirlər ki, “bunların başı çatmır, xəstədilər, dəlidilər”. Və… başlarını götürüb qaçırlar.

Özünü 107-ci pilləyə pərçimləmiş Azərbaycan millisinin baş məşqçisi olmağa razılıq vermiş Qurban Qurbanovu aldatdığın, ələ saldığın üçün peşmansanmı, Elxan müəllim?

Deyirlər, ciddi-cəhdlə, qan-tər içində Azərbaycan millisinə başçılıq etməyə adam axtarırsan, gec-tez tapacaqsan da. Onu da deyirlər ki, heç bir əcnəbi, potensialı sənin arzularınla, istəklərinlə üst-üstə düşməyən Azərbaycan millisinin başına keçməsə, sən “sükan”ı yerli məşqçilərdən birinə tapşıracaqsan.

Dəyərdimi bütün bunlara, Elxan müəllim? Dəyərdimi milli komandaya qurban olmağa könüllü şəkildə razılaşmış Qurban Qurbanovu göndərməyə?

Etiraf etməyə utansan, əlinlə üzünü tut, dodaqların pıçıldasın sadəcə, amma de: peşmansanmı, Elxan Məmmədov?

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button