“Liverpul” 2-ci dəfə…
“Liverpul” Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Barselona”ya məğlub olub.
Komanda.az “Opta”ya istinadən xəbər verir ki, 0:3 hesabıyla bitən görüşdə “Liverpul” anti-rekordunu təkrarlayıb. Belə ki, Mersisayd təmsilçisi klub tarixində ikinci dəfə Çempionlar Liqasında 3 top fərqi ilə uduzub.
Bundan əvvəl “Liverpul” 2014-cü ilin oktyabrında, qrup mərhələsinin oyunları çərçivəsində “Real”a eyni – 0:3 hesabıyla uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin