Hovuzlardan şikayət etdi – Rəhbərlik təmir üçün göstəriş verdi

“Mançester Yunayted”in rəhbərliyi Kriştiano Ronaldonun tənqidindən sonra klubun bazasındakı iki hovuzun təmir olunmasını əmr edib.

Komanda.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, portuqaliyalı futbolçu təhlükəli olan boş və yonulmuş plitələrə malik olan əsas və kiçik hovuzun vəziyyətindən narazı olduğunu bildirib. Ronaldo klub rəhbərliyini hər iki hovuzu bağlamağa və təmir etməyə çağıraraq, digər komandalarda oynadığı 12 il ərzində onların dəyişmədiyinə inana bilmədiyini söyləyib.

“Mançester Yunayted” rəhbərliyi ulduz futbolçunun şikayətinə ciddi yanaşıb və hovuzların təmirinə göstəriş verilib.

İngiltərə mətbuatının yazdığına görə, 37 yaşlı futbolçu ötən yay komandaya qayıtdıqdan sonra klubun bazasının və stadionda vəziyyətin pisləşməsindən məyus olub.

Ronaldo ötən mövsüm bütün turnirlərdə 39 oyunda 24 qol vuraraq “Mançester Yunayted”in bombardiri olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button