Ançelottinin xoşbəxt anları

“Real”ın baş məşqçisi Karlo Ançelotti etiraf edib ki, özünü cari mövsümün ən yaxşı məşqçisi hesab etmir.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, indi xoşbəxt anlar yaşadığını deyib:

“Özümü ən yaxşı məşqçi hesab edirəmmi? Bu suala cavab vermək çətindir. Mən özümə səs verməyi sevmirəm, qoy başqaları mənə səs versin. Mən indi xoşbəxt anlar yaşayıram və ümid edirəm ki, bu, uzun müddət davam edəcək”.

“Real” UEFA Çempionlar Liqasının finalına çıxıb və mayın 28-də həlledici matçda “Liverpul”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button