Ançelotti “Çelsi” ilə oyunda olacaq?
“Real”ın baş məşqçisi Karlo Ançelotti növbəti dəfə koronavirus testi verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, italiyalı baş məşqçinin koronavirus testi mənfi çıxıb. Beləliklə, o, UEFA Çempionlar Liqasının 1/4 finalında “Çelsi” ilə oyun üçün Londona gedə biləcək.
Ançelotti “Real”ın oyunöncəsi məşqinə qatılacaq və oyun zamanı komandanın “sükanı arxasında” olacaq.
Ançelottinin daha əvvəlki koronavirus testləri müsbət nəticələnmişdi.
“Çelsi” – “Real” matçı bu gün keçiriləcək və saat 23.00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin