Ançelotti – yenə “müsbət”

“Real”ın baş məşqçisi Karlo Ançelottinin koronavirus testi növbəti dəfə müsbət çıxıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis koronavirus səbəbindən Çempionlar Liqasının 1/4 finalının “Çelsi” ilə oyununa görə Londona getməyə bilər. Ançelottinin sabah verəcəyi testin nəticəsi mənfi olsa, onun İngiltərəyə getməsində problem olmayacaq.

Sabah keçiriləcək “Çelsi” – “Real” matçı saat 23:00-da başlayacaq.

Ançelotti koronavirus səbəbindən La Liqada “Selta” ilə oyunu (2:1) buraxmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button