Ronaldo: “Heç vaxt onu nəyəsə məcbur etməyəcəm”
“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo oğlu Junior Ronaldonun gələcəyi haqda danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı hücumçu, oğlunun gələcəyi ilə bağlı bunları deyib:
“Hər şeyi zaman göstərəcək. Heç vaxt onu nəyəsə məcbur etməyəcəm. O, sevdiyi işi görəcək. Övladlarım hər zaman hansı sahəni istəyirlərsə, onu seçməkdə azad olacaqlar. Mən istənilən situasiyada onlara dəstək olacam”.
Junior Ronaldo “Mançester Yunayted”in akademiyasında çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin