“Sərhədçi”nin voleybolçusu və baş məşqçisi koronavirusa yoluxdu

“Sərhədçi” voleybol klubunun rəhbərliyi Azərbaycan Voleybol Federasiyasına müraciət ünvanlayıb.

Komanda.az xəbər verir ki, müraciətdə komandanın baş məşqçisi Qüdrət Məlikov və oyunçu Ramiz Bağırovun koronavirusa yoluxduqları diqqətə çatdırılıb:

“Onların məşq prosesində komandanın digər üzvlərilə təmasda olduqlarını nəzərə alaraq, fevralın 2-də və 5-də Azərbaycan Yüksək Liqasının müvafiq olaraq, MOİK, həmçinin “Murov”la oyunları başqa tarixə dəyişdirilsin”.

Bu müraciət əsasında “Sərhədçi”nin hər 2 qarşılaşması təxirə salınıb. Matçların tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button