Birinci Liqada “Təhsil”dən 3-cü qələbə

Kişi voleybolçular arasında Azərbaycan 1-ci liqasında 4-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bu gün “Murov” klubunun idman zalında təşkil olunan tura “Veteranlar” – “Ryuqa” oyunu ilə start verilib.

Görüş nominal qonaqların qələbəsi ilə başa çatıb. İlk hissədə 25:23 hesabı ilə qalib gələn “Ryuqa” növbəti setləri də öz hesabına yazdırıb – 26:24, 25:12.

Beləliklə, dördüncü görüşdən 3:0 hesabı ilə qalib ayrılan “Ryuqa” çempionatda ikinci qələbəsinə sevinib.

Günün ikinci matçı da B qrupunun komandaları arasında olub. “Masallı” “Azərbaycan Ali Hərbi Məktəbi” ilə görüşüb. Oyun “Masallı”nın üstünlüyü ilə başlayıb və onlar ilk seti 25:23 hesabı ilə aktivinə yazıb. “Azərbaycan Ali Hərbi Məktəbi”nin komandası ikinci hissədə bərabərlik yaratmağa çalışsa da, bu setin də qalibi rayon təmsilçiləri olub – 25:22. Üçüncü hissə sonuncu olub. Bu hissədə də daha yaxşı oyun göstərən “Masallı” komandası 25:21 hesabı ilə qalib gəlib və xallarının sayını 8-ə yüksəldib.

Turun üçüncü qarşılaşmasında “Həvəskarlar” “Murov-2” ilə üz-üzə gəlib. A qrupunda çıxış edən “Murov-2” komandası ilk hissədə 25:20 hesabı ilə qalib gəlib. Növbəti ikinci və üçüncü setlərdə gənclərin üstünlüyü ilə başa çatıb – 25:13, 25:22.

Günün və 4-cü turun son matçı “Əlincə” və “Təhsil” komandaları arasında keçirilib. Bu görüşdə günün 3 matçında olduğu kimi üç hissədən ibarət olub. Hər üç setdə qalib gələn “Təhsil” komandası bu matçı 3:0 (25:13, 25:18, 25:22) hesabı ilə qalib gələrək 9 xalla qrup liderliyini təmin edib.

Birinci Liqa, 4-cü tur

30 yanvar

B qrupu
11:00. Veteranlar – Ryuqa – 0:3 (23:25, 24:26, 12:25)
12:30. Masallı – Azərbaycan Ali Hərbi Məktəbi – 3:0 (25:23, 25:22, 25:21)

Turnir cədvəli: Masallı – 8 xal, Ryuqa – 7, Azərbaycan Ali Hərbi Məktəbi – 6, Veteranlar – 3, Aura – 0

A qrupu
14:00. Həvəskarlar – Murov-2 – 0:3 (20:25, 13:25, 22:25)
15:30. Təhsil – Əlincə – 3:0 (25:23, 25:18, 25:22)

Turnir cədvəli: Təhsil – 9 xal, Əlincə – 4, Murov-2 – 6, Taleh-A.T – 3, Həvəskarlar – 2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button