Levandovskiyə “qızıl buts” mükafatı təqdim olundu

Futbol üzrə Polşa millisinin və Almaniyanın “Bayern” klubunun hücumçusu Robert Levandovskiyə “qızıl buts” mükafatı təqdim olunub.

Komanda.az xəbər verir ki, “qızıl buts” mükafatı Avropa liqalarında ən çox qol vurmuş futbolçuya verilir.

Levandovski 2020/21 mövsümündə Almaniya Bundesliqasında 42 qola imza atıb. 33 yaşlı hücumçu bununla İspaniya “Barselona”sından Fransa PSJ-sinə keçən Lionel Messini (30 qol) və İtaliya “Yuventus”unu İngiltərə “Mançester Yunayted”inə dəyişən Kristiano Ronaldonu (29 qol) geridə qoyub.

Robert Levandovski 2014-cü ildən “Bayern”in uğurları üçün çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button