“Neftçi”nin müdafiəçisi sıradan çıxdı

“Neftçi” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Yunanıstan “Olimpiakos”una qarşı cavab oyununda itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisinin müdafiəçisi Ömər Buludov ilk yarıda sıradan çıxıb. 23 yaşlı müdafiəçi bu səbəbdən matçın 30-cu dəqiqəsində meydanı tərk edib. Onu Mirabdulla Abbasov əvəzləyib.

Qeyd edək ki, ilk oyunda 0:1 hesabıyla uduzmuş “Neftçi” cavab matçında da eyni hesabla uduzur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button