La Liqa oyunlarının gündüz keçirilməsi qadağan olundu
İspaniya Futbol Federasiyası 20 may – 15 sentyabr tarixləri arasında bu ölkədə keçiriləcək bütün rəsmi futbol matçlarının gündüz saatlarında təşkilinə qadağa qoyub.
Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Belə ki, bütün qarşılaşmalar yerli vaxtla saat 19:30-dan (Bakı vaxtı ilə 22:30) sonra başlayacaq.
Bildirilib ki, qərar futbolçuların sağlamlıqlarının qorunması məqsədilə qəbul olunub. Belə ki, göstərilən tarixlərdə İspaniyada havaların isti keçməsi səbəbindən, oyunların gündüz saatlarına təyin olunması məqsədəuyğun hesab edilmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin