Azərbaycan millisi ilk dövrəni xalsız başa vurdu

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, komandamız ilk dövrənin son matçında Fransa yığmasıyla qarşılaşıb.

İlk turda İspaniyaya, ardından birinci dövrənin oyunlarına ev sahibliyi edən Rumıniyaya uduzan voleybolçularımız, bu dəfə də uğursuz çıxış ediblər. “Horia Demian” idman zalında baş tutan oyunda fransızlar qalib gəliblər. İlk setdə uduzan yığmamız, ikinci setdə hesabı bərabərləşdirsə də, sonrakı iki setdə uduzaraq meydanı xalsız tərk ediblər.

Qeyd edək ki, komandamız Qızıl Avropa Liqasının A qrupunda mübarizə aparır. İkinci dövrənin oyunları iyunun 4-6-da Fransada baş tutacaq.

Qızıl Avropa Liqasında hər qrupda 4 komanda 3 qrupda mübarizə aparır. İki dövrədən ibarət olan oyunlardan sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.

Qızıl Avropa Liqası
A qrupu


30 may

Fransa – Azərbaycan 3:1 (25:21, 19:25, 25:13, 25:20)

İspaniya – 8, Rumıniya – 6, Fransa – 4, Azərbaycan – 0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button