Azərbaycan yığması Monteneqroya məğlub oldu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi AÇ-2021-in seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, F qrupunda mübarizə aparan yığmamız Monteneqroda təşkil olunan 2-ci dövrənin ilk matçında meydan sahibləri ilə qarşılaşıb.

Podqoritsadakı “Verde” İdman Kompleksində baş tutan görüş Fərid Cəlalovun baş məşqçi olduğu kollektivin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qrupun digər oyununda lider Yunanıstan Gürcüstan üzərində asan qələbəyə sevinib – 3:0. Bu qələbədən sonra maksimum nəticə göstərən Yunanıstan F qrupuna başçılıq edir – 11 xal. Monteneqro 10 xalla ikincidir. 3 xalı olan Azərbaycan millisi isə üçüncü pillədə qərarlaşıb. Gürcüstan yığması hələ xal qazana bilməyib.

Növbəti turun oyunları mayın 15-də keçiriləcək. Millimiz Yunanıstanla, Monteneqro isə Gürcüstanla üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatının təsnifat mərhələsində 7 qrupda 26 komanda mübarizə aparır. Onlardan 12-si – 7 qrup birincisi və ən yaxşı ikinci yerin sahibi olacaq 5 ölkə AÇ-2021-ə vəsiqə qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button