Nəticələri ləğv edilən və medalları geri alınan idmançılar – AMADA açıqladı
Antidopinq qayda pozuntusu törətmiş və barəsində idmandan uzaqlaşdırılma qərarı qüvvəyə minən bütün idmançıların dopinq nəzarətinin keçirildiyi zaman əldə etdiyi nəticələri ləğv edilməli və müvafiq olaraq medallar geri alınmalıdır.
Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.
Məlumata görə, 2019-cu ildə 5 idman növü üzrə 5 yarışda (müxtəlif Azərbaycan çempionatı, Azərbaycan birinciliyi və ölkə kuboku) 7 idmançıdan toplanmış test nümunələrinin nəticəsi müsbət çıxmış və onların barəsində sanksiya tətbiq olunması ilə bağlı qərar qüvvəyə minmişdir. Həmin idmançıların nəticələrinin ləğv edilməsi (mükafatçılar sırasında olduqları halda medalların geri alınması daxil olmaqla) barədə müvafiq respublika idman federasiyaları məlumatlandırılmışdır.
Həmin idman federasiyalarından AMADA-ya bildirilib ki, qaldırılan məsələ ilə bağlı müvafiq tədbirlər görülüb.
Nəticələri ləğv edilən və medalları geri alınan idmançıların siyahısı:
- Həsənbəy Həsənzadə (+109 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı – 1-ci yer
- Vasif Səfərov (+109 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı – 2-ci yer
- Orxan Zeynalov (81 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı – 2-ci yer
- Vüqar Şirinov (52 kq) 2019-cu ildə sambo üzrə Azərbaycan kuboku – 1-ci yer
- Aliyə Müslümova (78 kq) 2019-cu ildə keçirilmiş cüdo üzrə U-21 gənclərin Azərbaycan birinciliyi – 2-ci yer
- Jalə Bayramova 2019-cu ildə keçirilmiş güllə atıcılığı üzrə Azərbaycan çempionatı – 1-ci yer
- Kamran Orucov (63 kq) 2019-cu ildə keçirilmiş boks üzrə Azərbaycan çempionatı – 3-cü yer
Bizi Facebook-da izləyin