64-cü əcnəbi baş məşqçi

“Turan Tovuz”un çalışdırıcısı Kurban Berdıyev Azərbaycan çempionatları tarixinə 64-cü legioner baş məşqçi kimi düşüb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onadək 63 əcnəbi mütəxəssis və ya bu vəzifənin müvəqqəti icraçısı kimi komandasına rəhbərlik edib.

Berdıyevin debütü 1-ci turda “Neftçi” ilə qolsuz heç-heçə etdikləri qarşılaşmada gerçəkləşib.

O, “Turan Tovuz”un tarixinə ilk legioner baş məşqçi kimi düşüb. Azərbaycan çempionatları tarixinin ilk əcnəbi mütəxəssisi isə Tovuzun digər təmsilçisi “Turan”a rəhbərlik edib. 2001/02 mövsümündə Naci Şensoy qərblilərin “sükanı arxası”nda olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button