63 illik rekord təkrarlandı

“Mançester Siti” İngiltərə Premyer Liqasının 19-cu turunda “Çelsi”ni 1:0 hesabı ilə məğlub edərək 63 illik rekordu təkrarlayıb.

Komanda.az xəbər verir ki, “şəhərlilər” “Çelsi”yə ardıcıl 4-cü oyunda qalib gələrək buna nail olub.

MS “zadəganlar”ı ardıcıl 4 qarşılaşmada üstələyən ikinci komanda kimi tarixə düşüb. İlk dəfə 1958-1960-cı illər aralığında “Bolton” bu göstəriciyə imza atıb.

“Mançester Siti” bundan əvvəl İngiltərə Liqa kubokunda (2:0) və Premyer Liqada (1:0, 1:0) “Çelsi”ni məğlub edib. Bu komandalar yanvarın 8-də İngiltərə kubokunun 3-cü mərhəsində üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button