“Qarabağ” koronavirus testindən keçəcək

Azərbaycanı avrokuboklarda təmsil edəcək klublara məşq üçün icazə verildiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, həmin klular yenidən koronavirus testindən keçəcəklər. 2020/2021 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın futbolçularından, məşqçilərindən və əməkdaşlarından təkrar analiz götürüləcək. Testlər əvvəlki kimi ödənişli olacaq. 

“Qarabağ” Azərbaycanı UEFA Çempionlar Liqasında, “Neftçi”, “Keşlə”, “Sumqayıt” isə Avropa Liqasında təmsil edəcək.

Daha əvvəl Premyer Liqada mübarizə aparan bütün komandalar koronavirus testindən keçirilmiş və heç kimdə virus aşkarlanmamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button