39 yaşlı Bruno Alves rəsmən Yunanıstan klubunda
Futbol üzrə Portuqaliya millisinin sabiq müdafiəçisi Bruno Alves özünə yeni komanda tapıb.
Komanda.az xəbər verir ki, 39 yaşlı futbolçu karyerasını Yunanıstanda davam etdirəcək.
O, bu ölkənin “Apollon Smirnis” klubuna transfer olunub. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər bir illik müqaviləyə imza atıblar.
Bruno Alves cəmi bir ay öncə Portuqaliyanın “Famalikan” klubu ilə müqavilə bağlamışdı. Lakin o, sözügedən klubdan erkən ayrılmağa qərar verib. Təcrübəli müdafiəçi karyerası ərzində “Parma”, “Reyncers”, “Kalyari”, “Fənərbaxça”, “Zenit”, AEK (Afina), “Vitoriya” (Gimaraynş), “Farense”, “Portu” klublarında da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin