
38 yaşlı qolkiperlə yeni müqavilə
Fransalı qapıçı Stiv Mandanda “Renn”lə müqaviləsinin müddətini 2025-ci ilin yayına qədər uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı qolkiper 2022-ci ilin yayında azad agent kimi Marsel “Olimpik”indən “Renn”ə keçib.
Mandanda Fransa millisi ilə 2018-ci ildə dünya çempionu olub. Mandanda həmçinin “Havr” və “Kristal Pelas”da da oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin