38-ci mükafatçı
Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün mükafatçı baş məşqçilərindən ikisi əvvəllər də bu postda medal qazanıb.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 7-ci çempionluğunu və 11-ci mükafatını qazanmaqla hər iki göstəricidəki rekordunu yeniləyib.
“Keşlə” ilə bürünc medal əldə edən Tərlan Əhmədov iki il öncə “Neftçi”də eyni uğura imza atıb. Bu, onun ikinci “bürünc”ü olub.
“Neftçi”nin “sükanı arxasında” “gümüş”ə yiyələnən Füzuli Məmmədov ilk dəfə “üçlüy”ə düşüb. O, bunu bacaran 38-ci mütəxəssisdir. Məmmədova qədər 37 baş məşqçi komandası ilə medala yiyələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin