De la Fuente oğlunu İspaniya millisinin məşqçilər heyətinə daxil edib

İspaniya millisinin məşqçilər heyətində dəyişikliklər var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 2023-cü ildən Avropa çempionlarının çalışdırıcısı olan Luis de la Fuente texniki komandasının tərkibini yeniləmək qərarına gəlib.

De la Fuente analitik kimi oğlunu da məşqçilər heyətinə daxil edib. Maraqlıdır ki, “Real”ın baş məşqçisi Karlo Ançelotti də əvvəllər eyni şeyi etmişdi. Onun qərarı indiyə qədər özünü doğruldub, Davide Ançelotti özünü yaxşı tərəfdən göstərir. Deməli, Albert de la Fuentenin hələ göstərməli və sübut edəcəyi çox şey var.

Komandanın ikinci məşqçisi də dəyişib. İndi De la Fuentenin “sağ əli” bu vəzifədə Pablo Amonu əvəzləyən Xuanjo Qonsales Arqüellesdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button