Alonsonun “Bayer”lə “Real”la bağlı razılığı var

Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso tezliklə “Real”ın “sükanı arxasında” Karlo Ançelottini əvəz edə bilər.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcının “Real”la bağlı “əczaçılar”ın rəhbərliyi ilə razılığı var. Belə ki, o, “kral klubu”na dəvət edilsə, rəhbərlik onu saxlamayacaq.

“Real” hazırda Ançelottiyə güvənir, ancaq onun komandası cari mövsümdə UEFA Çempionlar Liqası, La Liqa və ya İspaniya kubokunu qazana bilməsə, o, bu yay yerini Alonsoya verəcək. Hər iki mütəxəssisin hazırkı müqavilələrinin müddəti 2026-cı ilin ortalarına kimi hesablanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button