Bundesliqada yeni rekordçu
Almaniya Bundesliqasının 16-cı turunda Dortmund “Borussiya”sı “Leyptsiq”lə qarşılaşıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 3:3 hesabıyla bitən qarşılaşmada qol vuran Dortmund təmsilçisinin futbolçusu Ceydon Sanço yeni rekorda imza atıb. Belə ki, ingilis hücumçu Bundesliqa tarixində 22 qol səddinə ən tez çatan oyunçu olub. O, buna 19 yaş 267 günlüyündə nail olub.
Bundan əvvəlki rekord Horst Koppelsuya aid idi. Koppelsu Bundesliqada 22-ci qolunu 19 yaş 269 günlüyündə vurmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin