Ronaldo Xavini qabaqladı, 3-cü oldu

Portuqaliya milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Xorvatiyanı məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 3:2 hesabıyla bitən görüş Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub. Belə ki, 35 yaşlı futbolçu yığma ilə 101-ci qələbəsini qazanıb. Ronaldo, yığma ilə ən çox qələbə qazanan 3-cü futbolçudur.

“Yuventus”da çıxış edən hücumçu, yığmadakı qələbələrinin sayında “Barselona”nın və İspaniya millisinin sabiq futbolçusu Xavini qabaqlayıb. Xavinin İspaniya millisində 100 qələbəsi var idi.

Milli komanda ilə ən çox qələbə qazanan futbolçu isə Serxio Ramosdur. İspan müdafiəçinin yığma komandada 129 qələbəsi var.  

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button