31 yaşında karyerasını başa vurdu – ağır zədəyə görə
Futbol üzrə İngiltərə yığmasının sabiq müdafiəçisi Mika Riçard futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Komanda.az xəbər verir ki, o, bu barədə Britaniya mətbuatına açıqlamasında bildirib.
İngilis futbolçunun bu qərarına 2016-cı ildə aldığı ağır zədə səbəb olub. Həmin dövrdən bəri özünə gələ bilməyən Riçards, karyerasını 31 yaşında başa vurmaq məcburiyyətində qalıb.
“Mançester Siti”nin yetirməsi olan, peşəkar karyerasına 2015-ci ildə məhz bu komandada başlayan Mika, düz 10 il doğma klubunun uğurları üçün çalışıb. Qısa müddətə İtaliyanın “Fiorentina” klubunda icarədə oynamış müdafiəçi, 2015-ci ildə “Aston Villa”ya keçir. Lakin 2016-cı ildə bu komandanın “Vulverhempton”la 1:1 heç-heçəyə razılaşdığı qarşılaşmada dizindən ağır zədə alan Riçards, bir daha yaşıl meydanlara qayıda bilmir.
Bizi Facebook-da izləyin