“Premyer Liqanı qazanmaq uşaqlıqdan bəri xəyalım idi” – Klopp
İngiltərə Premyer Liqasının 37-ci turunda “Çelsi”yə 5:3 hesabı ilə qalib gələn “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.
Komanda.az xəbər verir ki, cari mövsümdə Premyer Liqanın qalibi olan “qırmızılar”ın oyundan sonra çempionluq kubokunu qaldırması barədə danışan alman mütəxəssis, bunları deyib:
“Bu gecə çox çətin oyun oldu. “Çelsi” çox yaxşı vəziyyətdədir və əla çıxış etdi.
Çempionluq kubokunu qaldırdğımız an çox xüsusi idi. Belə bir anı daha əvvəl yaşamadığımız üçün digər nəyləsə müqayisə edə bilmərik. Bu futbolçular çox xüsusidir. Ailələrə stadionda olmaq üçün icazə verilməsi daha yaxşı oldu, çünki bu anı sevdiklərimizlə paylaşmaq istəyirdik. Dörd kubok qazandıq, yeganə reallıq budur. Bundan daha çox qürur duya bilməzdim.
Mövsümə yaxşı başlamışdıq, getdikcə daha yaxşı vəziyyətə gəldik. Daha güclü, daha inamlı və daha aqressiv komanda olduq. Qalib gəlməyin yolunu tapdıq, bu, düşüncə ilə bağlıdır. Futbolçular mövsüm ərzində əla idilər. Möhtəşəm mövsüm keçirdik. 30 il sonra Premyer Liqanın qalibi olan komandanın bir parçası olmaqdan qürur duyuram. Premyer Liqanı qazanmaq uşaqlıqdan bəri xəyalım idi.
Bütün bunları azarkeşlər üçün etdik. Beş il əvvəl şübhə edən deyil, inanan olmağınızı istədim. Siz bizi çempion etdiz. Pandemiya bitdikdən sonra azarkeşlərlə birlikdə parti verəcəyik”.
Bizi Facebook-da izləyin