“Real”ın qapıçısının 3 “elçi”si var
Bu mövsüm “Real”ın “1 nömrə”sinə çevrilən qapıçı Andrey Luninə transfer bazarında tələbat artıb.
Komanda.az “Todofichaes”-ə istinadən xəbər verir ki, ukraynalı qolkiperin karyerasını İngiltərə və Fransa çempionatlarında davam etdirmək variantları var. Onun xidmətində “Mançester Yunayted”, “Çelsi” və PSJ maraqlıdır.
Ukraynalı qapıçının “kral” klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub və onun transfer dəyəri 20 milyon avro qiymətləndirilir.
Lunin Çempionlar Liqasının 1/4 finalının “Mançester Siti” ilə cavab matçının qəhrəmanı olub. O, penaltilər seriyasında “şəhərlilər”in iki zərbəsini dəf edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin