ÇL: “Milan”dan daha çox topa sahib olmaq istəyirik” – Luis Enrike
PSJ-nin baş məşqçisi Luis Enrike “Milan”la Çempionlar Liqası matçı ilə bağlı gözləntilərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispan mütəxəssis komandanın perfomansından razı olduğunu bildirib:
“Biz tarixi stadionda və çətin qrupda çox yaxşı komandaya qarşı oynayırıq. Mən optimistəm, çünki futbolçular yaxşı formadadırlar. Bizim çox aydın bir fikrimiz var: “Milan”dan daha çox topa sahib olmaq və daha çox şans yaratmaq istəyirik. İlk gündən komandanın perfomansından razıyam. Təkmilləşdirmə üçün yer olsa belə, gördüyümüz işdən məmnunam. Tərəqqi göz qabağındadır. Komandada mübarizə aparmaq arzusu var. Bu mühüm keyfiyyətdir. Biz həmişə rəqiblərimizin necə oynadığını öyrənirik. Lakin bizim həmişə çox aydın məqsədimiz var: onları bizə uyğunlaşdırmaq”.
PSJ – “Milan” görüşü bu gecə saat 00:00-da start götürəcək.
Bizi Facebook-da izləyin