24 yaşında karyerasını bitirdi – Ölümcül xəstəlik üzündən

İngiltərənin “Brayton” klubunun futbolçusu Enok Mvepu karyerasını 24 yaşında bitirmək məcburiyyətində qalıb.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, buna səbəb futbolçuya potensial ölümcül irsi ürək xəstəliyi diaqnozu qoyulması olub.

“Brayton”un baş məşqçisi Roberto De Zerbi məsələ haqda bunları deyib:

“Enok üçün üzr istəyirəm. O, həqiqətən də işləmək istədiyim oyunçu idi. Biz ona kömək etmək üçün əlimizdən gələni edəcəyik”.

Mvepu 2021-ci ildə “Zalsburq”dan “Brayton”a keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button